Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu İctimai iaşədə uçot Xammalın silinməsi
Xammalın silinməsi
Xammalın istehsala silinməsi.
Xammal anbardan istehsal aktlarına əsasən məxaric qaimələri ilə silinir. İstehsal aktları iki üsulla yaradıla bilər: əllə və avtomatik. İctimai iaşə müəssisələri üçün bütün istehsal aktlarını əllə yaratmağa ehtiyac yoxdur. Proqramın özü onları qəbzləri xərclərə çevirərkən yaradacaq və TTX əsasında xammalı balansdan siləcək.
Beləliklə, proqramda bir əməliyyatla Siz hazır məhsulun satışını formalaşdırır, habelə onun hazırlanması üçün istifadə olunmuş xammalı silirsiniz.
Mercury-nin xörəklərimizin istehsalını avtomatik olaraq yerinə yetirməsi üçün işarəni aktiv etmək lazımdır.
Anbar xassələrində “avtoistehsal”
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot
İctimai iaşədə texniki-texnoloji xəritə
Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi
Maliyyənin idarə edilməsi İstehsalatda uçot
İndi isə qəbz jurnalına daxil olur və qəbzləri xərclərə keçiririk.
Avtoistehsal aşağıdakı alqoritmə uyğun olaraq işləyir:
Proqram qalıqlarda satılmış malın olub olmadığını yoxlayır.
Varsa, onu satırıq. Qalıqlarda satılmış mal yoxdursa, proqram bu mövqeyə TTX yığmasının olub-olmadığını yoxlayır.
TTX-ya görə satılan mövqenin hansı xammaldan istehsal edildiyini və qalıqlarda kifayət qədər xammalın olub olmadığını
müəyyənləşdiririk.
Kifayət qədər xammal varsa, istehsal aktı hazırlayır və xammalı silirik. Daha sonra istehsal edilmiş mövqeni xərcə silirik.
Sonrakı hərəkət qoyulmuş “Yalnız xammal mövcud olduqda avtoistehsal tətbiq et” işarəsindən asılıdır. İşarə qoyulmayıbsa, xammal yetərli olmadığı halda o, artıqlaması ilə mədaxil ediləcəkdir.
Əgər işarə varsa, amma hansısa xammal (ən azı biri) çatışmırsa, istehsal aktı yaradılmayacaq. Yemək artıqlaması ilə mədaxil edilib satılacaq
Süzmə pivənin uçotu.
Bu işarəni içki satarkən konteyneri açmaq üçün TTX istifadə etdiyiniz zaman qoymaq rahatdır Məsələn, tədarükçü bizə pivəni kegslərdə göndərir. Həm VDAMS-də, həm də bəyannamədə pivə kegslərdədir. Deməli, mədaxil üçün də o, kegslərə qoyulmalıdır. Lakin biz onu litrlə (və ya stəkanla) satırıq. Yəni, satışda bizim çeşid mövqeyimiz fərqlidir. Kegslərimizin qalıqlardan silinməsi üçün TTX-nı aşağıdakı kimi edirik:
Kegslərin artıqlaması ilə qoyulmasını istəmiriksə (istehsalçılar demək olar ki, həmişə kegslərə daha çox, satıcılar isə müştərilərə daha az pivə tökürlər) “Avtoistehsal yalnız xammal mövcud olduqda” işarəsi barədə unutmuruq.
İctimai iaşədə texniki-texnoloji xəritə
Menyunun yaradılması Yemək modifikatorları Xammalın silinməsi
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.