Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu Pərakəndə satışda uçot Pərakəndə satışda VDAMS Təlimatlar VDAMS-da qalıqlar
VDAMS-da qalıqlar
01 oktyabr 2016-cı ildən etibarən alkoqollu məhsullar satan pərakəndə mağazalar və ictimai iaşə müəssisələri VDAMS sistemindəki qalıqlarını uyğunlaşdırmalıdırlar. VDAMS-dakı qalıqlar üzrə məlumatlar alkoqollu məhsulların real qalıqları ilə üst-üstə düşməlidir.
Qalıqları idarəetmə moduluna daxil olmaq üçün “VDAMS – “Qalıqlar” menyusuna daxil olun və ya masa üstündəki müvafiq düyməni istifadə edin. Qalıqlarla iş forması aşağıdakı kimidir:
VDAMS-ın qalıqların idarə edilməsinin əsas formasında həm VDAMS-ın məlumatlarına, həm də Mercury ERP-nin məlumatlarına görə alkoqollu məhsulların qalıqlarının əks etdirildiyi icmal cədvəlini görürük.
“VDAMS adı” adlı birinci sahədə tədarükçüdən qəbul edilən mal mövqeyinin adı əks olunmuşdur. “Malın adı” adlı ikinci sahədə məhsulun Mercury-dəki adı göstərilmişdir. VDAMS-dakı adla Mercury-dəki ad bir-biri ilə tutuşdurulmalıdır. Mövqeləri tutuşdurmaq üçün aşağıdakı skrinşotda göstərilən düyməni istifadə edin:
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot
Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları
Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.
X və Z hesabatlar. Kassirin işinə nəzarət.
Pərakəndə ticarətdə VDAMS. Təlimatlar
VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi.
İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot
Diqqət edin ki, siyahıda VDAMS-da adı olan, lakin “Malın adı” olmayan bir mal varsa, onu bağlamaq kifayət qədər asandır. Yuxarıdakı skrinşotda göstərilən düyməni vurduqda, Mercury-nin alkoqollu məhsullarının adlarının tam siyahısı görünəcəkdir.
* Mühüm haşiyə: Mercury-də “Alkoqollu” dedikdə, mal kartında “Alkoqollu məhsul növünün kodu”, “İstehsalçı / İdxalatçı” və “Şüşə həcmi” sahələrinin doldurulduğu adlar nəzərdə tutulur.
Vəziyyət əksinədirsə və Mercury-də ad var, ancaq VDAMS-da ad yoxdursa, onda proses mürəkkəbləşir.
Bağlama düyməsini basdıqda, müvafiq istehsalçının göndərdiyi bütün mövqeləri sadalayan bir sorğu kitabçası açılacaq.
Sorğu kitabçası boş və ya köhnəlmişdirsə, “Sorğu göndər” düyməsini və bir müddət sonra “Sorğunu yoxla” düyməsini basın.
** Daha bir haşiyə: Mercury-də hər çeşid mövqeyi VDAMS-dakı bir və ya daha çox mövqe ilə bağlı ola bilər. Qalıqlara baxış formasında belə mövqe qalın şriftlə qeyd ediləcəkdir.
Malın VDAMS-la bağlı olub-olmadığı çeşid sorğu kitabçasında aydın görünür:
Çeşid kartının VDAMS-ın məhz hansı mövqeləri ilə bağlı olduğunu görmək üçün “Mal üzrə analitika”dan (F9 sürətli klaviş) istifadə edə bilərsiniz.
Lazım olduqda, mövqelər arasındakı əlaqəni həmin formadan silə bilərsiniz. Mövqelərin bağlanmasını tamamladıq – davam edək.
“VDAMS –Qalıqlar” cədvəlindəki aşağıdakı dörd sahə bizə müvafiq mövqe qalıqlarını göstərir. “Anbar”
sahəsi Mercury-dəki qalığı, “P1” və “P2” sahələri – VDAMS-dakı qalığı göstərir. Dördüncüsü VDAMS-la Mercury-nin qalıqları üzrə məlumatlar arasındakı fərqi göstərir.
Malın ticarət zalına keçirilməsi
VDAMS-dakı qalıqlar P1 və P2 adlandırılan registrlərdə saxlanılır. P1 mağazanın anbarı, P2 isə ticarət zalıdır.
Tədarükçüdən mədaxili təsdiqlədiyimiz zaman mal ilk registrdə görünür. Lakin kassir kassada aksiz markasını vurduqda, mal ikinci registrdən silinir. Buna görə də ticarət zalında mənfi miqdarda malın olduğu bir vəziyyəti tez-tez görmək olur.
Buna görə də VDAMS operatorunun daha bir funksiyası meydana gəlir. O, malları anbardan (P1) Ticarət zalına (P2) köçürməlidir.
Qalıqları VDAMS-ın 1-ci registrindən 2-ci registrinə (anbardan ticarət zalına) keçirmək üçün hər malın qarşısında tələb olunan miqdarı müəyyən edin (“Miqdar” sahəsi göy rəngdədir) və “P2-yə keçir” düyməsini vurun.
Keçirilən malın miqdarını əl ilə daxil etmək əvəzinə, miqdar göstəricisindən sağda yerləşən “1” və “2” düymələrindən istifadə edə bilərsiniz. Bu düymələri vurmaqla müvafiq olaraq P1 və P2 registrindəki qalığa bərabər olan miqdar çıxarılır.
Həmçinin unutmayın ki, digər hallarda olduğu kimi, Mercury-nin bu formasında da qeyd edilmiş yazılarla işləyə bilərsiniz. Bir neçə (və ya bütün mövqeləri) seçib P2-yə köçürə bilərsiniz.
Qalıqların icmal cədvəlinin altında detallaşdırma paneli yerləşir. Burada içkinin istehsalçısı, tədarükçüsü, həcmi və tündlüyü haqqında məlumatları əldə edə, habelə A və B arayışlarına baxa bilərsiniz.
İcmal cədvəlinin üstündə funksional düymələri olan panel yerləşir. Bu düymələrin köməyi ilə qalıqlarınızla VDAMS-da müxtəlif işlər görə bilərsiniz. Registr 2-yə keçməklə yanaşı, malı silmək və balansa qoymaq da mümkündür.
VDAMS-a qalıqlarla bağlı sorğu
VDAMS hər mağazada alkoqol qalığı barədə məlumatları öz serverlərində saxlayır. Əlavə olaraq o, alkoqollu məhsulların yerdəyişmələri və son müştəriyə satışı barədə bütün məlumatları da saxlayır. Bu, çox böyük həcmli informasiyadır. İnformasiya o qədər çoxdur ki, mağazada qalıqlarla bağlı sadəcə sorğu edilməsi sistemdə yarım saat vaxt aparacaq.
Qiymətli vaxtı itirməmək üçün, Mercury-də VDAMS-la işləmək üçün asinxron iş mexanizm tətbiq edilir. İstifadəçi qalıqlarla bağlı sorğu göndərir və öz işləri ilə məşğul olur. Bir müddət sonra VDAMS-ın cavabının hazır olub-olmadığını görə bilərsiniz. Hazır olduqda, qalığı alın. Bu, iki düymənin – “Sorğuları yoxla” və “Qalıqları əldə et” düymələrinin köməyi ilə həyata keçirilir.
VDAMS-a edilən bütün digər müraciətlərdə də eyni mexanizm işləyir.
Diqqət edin ki, qalıqların əldə edilməsi ilə bağlı bir məhdudiyyət var. Saatda 1 dəfədən çox olmamalıdır. Bu, Mercury-nin deyil, VDAMS-in məhdudiyyətidir.
VDAMS-da silmə
Siz pərakəndə olaraq bir şüşə tünd alkoqol satırsınızsa, Mercury aksiz markasını skan etməyinizi xahiş edəcəkdir. Bundan sonra malın satışı barədə məlumatları VDAMS-a göndərəcək və registr 2-də qalıq avtomatik olaraq azalacaq. Bəs şüşə oğurlanıbsa, nə etməli? Ya da sınıbsa? Yaxud bu, pivədir və satış zamanı avtomatik olaraq silinmir?
Bildiyiniz kimi, VDAMS-da lazım olan miqdarda alkoqolu qalıqlardan əl ilə silmək imkanı var.
Silmək üçün sadəcə “Miqdar” sütununda silmək istədiyiniz mövqelərdə silinən malların miqdarını göstərin və “P2-dən silmə” düyməsini vurun.
Qonşu düymə Sizə malı P1 registrindən silməkdə köməklik edəcəkdir.
VDAMS-da balansa qoyma
Bir çox sahibkarlarda VDAMS-ın tətbiqindən əvvəl satın alınmış alkoqol qalığı qalıb. Məsələn, illərlə vitrində dura bilən bahalı elit məhsullar. Belə mövqelər Mercury-nin qalıqlarında olacaq, amma VDAMS-ın qalıqlarında olmayacaq. VDAMS-dakı qalıqları real qalıqlara uyğunlaşdırmaq üçün onları balansa qoymaq lazım olacaq.
Bu, çətin deyil. Sadəcə balansa qoymaq istədiyiniz miqdarı göstərin və ” P2-nin balansına” düyməsini vurun.
Bundan sonra oxu:
Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri.
X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar
VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.