Mercury ERP

Tikiş istehsalında uçot

Tikiş istehsalında uçot

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İstehsalatda uçot Tikiş istehsalında uçot

Tikiş istehsalında uçot.

Artıq mövcud ənənəyə sadiq qalaraq, 2017-ci ildə mütəxəssislərimiz tərəfindən iri tikiş fabrikində aparılmış uçotun avtomatlaşdırılması misalını göstərəcəyik.

Sifarişçi (adını çəkməyəcəyik) avtomobil salonu üçün üzlüklərin tikişi ilə məşğul olur. Bir çox başqa istehsal şirkətlərində olan eyni səbəblər Sifarişçini də uçot tətbiq etməyə təhrik etmişdir. Daha dəqiq desək: natamam məhsulun heç bir şəkildə nəzərə alınmamış ehtiyatlarının olması, iri miqdarda brakın mövcudluğu və tədarüklərin kəsilməsi və avral yenidən emallar üçün daimi təhlükə yaradan istehsalın planlaşdırılmasının aşağı keyfiyyəti.

Tikiş istehsalı sexləri

Gəlin, şirkətdəki sexlərin strukturunu nəzərdən keçirək və material axınlarını təxmini qeyd edək.

Sifarişçi iki növ xammal satın alır. Birinci növ müxtəlif parçalar və dəri, ikinci növ furnitur, plastik və oturacaqlara üzlük tikilməsi üçün tələb olunan digər materiallardır. Parça və dəri “Materiallar” anbarında, digər furnitur isə “Komplektləşdiricilər” anbarında saxlanır. Xammalı iki anbara paylaşdırmanın səbəbi parça və furnitura görə iki ayrı əməkdaşın məsuliyyət daşıması və anbarların müxtəlif otaqlarda yerləşməsi olmuşdur.

Daha sonra parça xammal anbarından Biçmə sexlərinin birinə verilir. Şirkətdə üç belə sex var. Onlardan ikisi materialların avtomatik  biçmə xətləri ilə, üçüncüsü isə az seriyalı və ya həmin an üçün defisit materialların əllə biçilməsi üçün biçmə xətti ilə təchiz edilib. Biçilib-kəsilmiş parça Tikiş sexinə ötürülür. Bu zaman parça yalnız bütöv biçimlərlə ötürülür. Biçimin bir hissəsi brak edildiyi, və komplekt üçün bir və ya bir neçə detal çatışmadığı halda, həmin biçim çatışmayan detallar biçilənə qədər Biçmə sexinin xüsusi saxlama yerində qalır.

Həmçinin Komplektləşdiricilər anbarından tikiş sexinə furnitur, saplar və s. də təchiz edilir.

Tikiş sexinə daxil olmuş biçimlər referenslərə ayrılır və dərzilər arasında paylanır. Dərzilər müxtəlif parça və furnitur növlərindən olan referensləri hazır məmulatlar olaraq (oturacağın söykənəcəyi, başaltı, yastıq və s.) tikir və keyfiyyətə nəzarətə ötürürlər.

Tikiş məmulatı keyfiyyətə nəzarətdən keçirsə, onu hazır məhsul anbarına göndərir, oradan isə alıcılar üçün yükləyirlər.

Aşağıda tikiş müəssisəsində uçotun avtomatlaşdırılmasının ən maraqlı aspektlərini nəzərdən keçirilib.

Xammalın buraxılması

Burada hər şey asandır. Adi anbar uçotu, bu fəsli daha çox Yandex və Google-un diqqətini cəlb etmək üçün yazırıq. Malın tədarükçüdən Komplektləşdiricilər və Materiallar anbarlarına daxil olması Mədaxil qaiməsi sənədinin vasitəsilə həyata keçirilir.

Xammalın Tikiş və Biçmə sexlərinə buraxılması “Daxili yerdəyişmə” kodu ilə məxaric vasitəsi ilə həyata keçirilir.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı

Tikiş istehsalında uçot.

Tədrisdən sonra anbarın əməkdaşı xammalın neçə biçimə çatacağına necə baxa biləcəyi haqqında sualla müraciət etdi. Xatırladım ki, xammal metrlə mədaxil edilir, lakin biz hər parça növünün biçim uzunluğunu dəqiqliklə bilirik. «Qablaşdırmada» xanasını biçimin uzunluğu ilə doldurduqdan sonra, biz Anbarın cari vəziyyətinin müvafiq sütununu açmaqla, “yerlərdə”ki qalan xammalın miqdarına baxmaq imkanını əldə etdik

Biçmənin uçotu

Bir mövqenin digər(lər)inə “çevrilməsi” üçün, Mercury ERP-də İstehsal aktı sənədi mövcuddur. O, iki cür olur. Toplama aktı – məhsulun istehsal edilməsi üçün bir neçə xammal növündən istifadə etmək tələb olunduqda, və Ayırma aktı – bir xammal mövqeyindən bir neçə müxtəlif məmulat istehsal olunduqda. Toplama aktı ən geniş yayılan növdür. Onu, məsələn, yeməklərin hazırlanmasında, biçmələrdən paltarın tikilməsində, ehtiyat hissələrdən ayfonların yığılmasında və s. zamanı istifadə edirlər. Ayırma aktının istifadə edilməsinə misal olaraq, əti hissələrə ayırarkən istifadəni qeyd etmək olar.

İstehsal aktı tamamilə əllə proqrama daxil edilə (operator nəyi nədən istehsal etdiyini seçir), həmçinin TTX (texniki-texnoloji xəritə) əsasında avtomatik olaraq yaradıla bilər (bax: İstehsalatda TTX haqqında fəsil. Orada həmin TTX ətraflı şəkildə müzakirə olunub)

Nəzərdən keçirdiyimiz halda biçim prosesi Toplama TTX-nın köməyi ilə təsvir edilir. Hazır məhsul olaraq Biçim çıxış edir, xammal olaraq isə bir biçimin hazırlanması üçün tələb olunan parçanın miqdarı istifadə olunur. TTX-da bir biçim üçün lazım olan parça sərfiyyatı qeyd olunur, lakin əslində dəzgahda bir dəfəyə 40 və daha çox parça qatı kəsilir, bu isə, müxtəlif biçim sayı deməkdir. Buna görə istehsal aktında proqram parça sərfiyyatını avtomatik yenidən hesablayır.

Xətt operatoru bu gün yerinə yetirdiyi bütün istehsal aktlarını proqrama daxil etməlidir. İstehsal aktı keçirilərkən parça qalıqdan silinir, hazır biçimlər isə mədaxilə yazılır, sonra isə daxili yerdəyişmə üzrə məxaricin köməyi ilə Tikiş sexinə verilir.

Tikiş sexində daxil olmuş biçimlər referenslərə ayrılır. Əslində bu proses Biçmə sexində həyata keçirilir, lakin biz daxili yerdəyişmənin sadələşdirilməsi üçün biçimi hissələrə ayırma əməliyyatını Tikiş sexində yerinə yetirmək qərarına gəldik. Bu əməliyyat isə Ayırma istehsal aktları və TTX-nın köməyi ilə həyata keçirilir.

Sexə daxil olmuş hər bir biçim üçün istehsal aktı yaratmaq çox vaxt aparır və rahat deyil, buna görə biz Makroslar vasitəsilə proseduru avtomatlaşdırdıq. Siçanla iki dəfə vurmaqla sexə daxil olmuş bütün biçimlər referenslərə çevrilir.

Tikiş uçotu

Hazır məmulat müxtəlif parça, sap və furnitur referenslərindən ibarətdir. Buna görə də tikişin təsbit edilməsi üçün Toplama TTX və istehsal aktları istifadə edilir.

Biz tikmə faktının özünün məhsulun nəzarətçi tərəfindən keyfiyyət yoxlamasından keçirildiyi anda təsbit edilməsi barədə razılaşdıq. Məmulat keyfiyyət yoxlamasından keçməmişdirsə, hazırlanmamış hesab edilir və Tikiş sexinin qalığında xammal olaraq qeydiyyatda qalır.

Tikilmiş və yoxlanmış detallar daxili yerdəyişmə vasitəsilə dərhal Hazır məhsul anbarına keçirilir, buna görə ayrıca istehsal, daha sonra isə yerdəyişmə sənədlərini tərtib etməyin mənası yoxdur. Mercury ERP-də bu cür hallar üçün əla bir mexanizm mövcuddur. Mexanizm “Avtoistehsal” adlanır. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, hazır məhsulun məxaricini dərhal tikiş sexindən yerinə yetiririk, qalıqda əksik olduqda isə, Mercury sexdə qüvvədə olan TTX-ya əsasən onu avtomatik yerinə yetirəcək. Bunun üçün sadəcə olaraq məxarici yerinə yetiririk, istehsal aktını isə Mercury sərbəst yaradacaq.

Yüklənmiş məhsulun uçotu

Burada da yeni heç bir şey yoxdur (Salam, Yandex!) Bu sadəcə topdan ticarətdə uçotdur. Hazır məhsul anbarından məxaric qaiməsini yaradırıq.

Yeri gəlmişkən, müxtəlif mal alanlar üçün yükləməni müxtəlif qiymətlərlə həyata keçirirsinizsə, Alanın spesifikasiyasının vasitəsilə buna nəzarət etmək rahatdır. Eyni mexanizm malın / xammalın / yarımfabrikatların təsadüfən lazım olmayan yerə yüklənməsinin qarşısını almaq üçün də istifadə edilir.

Kontragentlərin debitor və kreditor borclarına nəzarət etmək üçün ödənişləri daxil etməyi də unutmayaq.

Nəticə

Bu tətbiqin təsvirini hansı məqamda başa çatdırmalı olduğumuza qərar vermək çox vaxtımızı apara bilər. Biz istehsalın analitikası, planlaşdırılması ilə bağlı məsələləri nəzərdən keçirmədik. Proqramda brakın təsbit edilməsinə və xammalın avtosifarişinə diqqət ayırmadıq. Lakin elə bu səbəbdəndir ki, bu məqalə xülasə xarakterlidir. Açıqlanmamış suallara İdarəetmə uçotunun digər fəsillərində cavab tapmaq olar.

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması Bölmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması