Mercury ERP

Təftişin keçirilməsi

Təftişin keçirilməsi

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ  MƏZMUN        MÜƏLLİF HAQQINDA     MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu Pərakəndə ticarətdə uçot Təftişin keçirilməsi

Təftişin keçirilməsi

Bu fəsildə mağazada təftişin keçirilməsinə dair ardıcıl təlimatı təqdimat yer alıb. Təftişin keçirilməsinə necə hazırlaşmaq, təftiş haqqında verilənləri kompüterə necə daxil etmək və nəticələri necə əldə etmək lazım olduğunun ətraflı və bəndlərlə təsvir edilib. Bu təlimata əməl edərək, siz, mağazadakı əskiklər, əskilmə/itki, sortlara ayırma və digər məsələlər barədə tez və problemsiz məlumat ala biləcəksiniz.

  1. Bütün mədaxil qaimələrini daxil etmək. Və ya artıq mövcud olanların düzgünlüyündən əmin olmaq. (Yenidən yoxlamaq istəmirsiniz? Və ya sizin öz təftiş komissiyanız var? Mədaxillər jurnalında qaimələri yoxlamaq olar. O zaman, biz, daxil edilmiş verilənlərin düzgünlüyünə görə hansı istifadəçinin cavab verdiyini dəqiqliklə bilirik.

DİQQƏT! Mal qaiməsində düzgün tarix qoyulmalıdır (çap edilmiş sənəddəki tarixə uyğun olaraq və mağazaya daxil olma).

  1. Qəbzləri yükləmək. Növbə bağlanandan və Z-hesabatlar çıxarılandan sonra qəbzləri “tam yükləməyi” unutmamaq üçün edilir.
  2. İstehsal aktlarını daxil etmək. Dəqiq tarixlə. Bütün dövr ərzində olan məlumatları və s. birləşdirmədən. Bu analitik cəhətdən səhvdir. Yəni nəyin nə vaxt, hansı həcmdə istehsal edildiyini analiz etmək mümkün olmayacaq, bu isə o deməkdir ki, tədarükçü üçün malların gələcəkdə istehsalını və sifarişini proqnozlaşdırmaq mümkün olmayacaq.
  3. Qəbzləri məxaricə keçirmək.
    1. Təftiş dövründə qəbzlər planlı şəkildə məxaricə keçirilmişdirsə, sadəcə olaraq cari gün ərzində müvafiq hərəkəti yerinə yetirmək.
    2. Qəbzlər məxaricə keçirilməmişdirsə, aşağıdakı qaydada hərəkət etmək lazımdır:
  • dövrün 1-ci günü ərzində istehsal, silinmə aktlarını, daxili yerdəyişmələri (əgər baş vermişdirsə) yerləşdirmək
  • ­Qəbzləri həmin gün ərzində (və ya növbəti aktlar / silinmələr / yerdəyişmələr / digər məxariclər yaranacağı günə qədər) məxaricə keçirmək
  • Bu alqoritmi təftiş tarixinə qədər (təftiş tarixi də daxil olmaqla) təkrar edin.

İZAH: Mal FIFO (first in – first out) üsulu ilə qalıqlardan silinir, yəni birinci gələn, birinci də gedir. Proqramda partiya uçotundan istifadə olunur. Bütün aktlar / silinmələr və s. dərhal yerinə yetirildikdə əvvəlcə ən birinci mal daxil olmaları xərclənəcək. Beləliklə, faktiki olaraq mağazada ticarət nöqtəsində olmasına baxmayaraq, mal sayı qəbzlər üçün kifayət etməyə bilər. Və artıqlar yarana bilər.

  1. Təftiş dövrü ərzində günlər kəsiyində qəbzlər və məxariclər üzrə yekun məbləğləri biznes-analiz yolu ilə müqayisə etmək. Çeklərin keçirilməsinin düzgün aparıldığından, heç bir yerdə rəqəmlərin qoşa görünmədiyindən əmin olmaq üçün yerinə yetirilir. Bu, eyni anda iki kompüterdən bu prosesi işə saldıqda mümkündür. Qəbzlər dövr ərzində bir neçə dəfə keçirildiyi halda bunu etmək daha vacibdir.

Gəlin qəbzlər və xərclər üzrə hesabatlar yaradaq.  Qəbzlərin analizi üçün aşıdakı sahələri seçək:

  • Anbar (filtr təyin et);
  • Qəbzin açılış tarixi (bütün dövr üzrə filtr təyin et);
  • Qəbz məbləği (hesabata çıxar). Xərclərin analizi üçün:
  • Alan (fiziki şəxs üçün filtr);
  • Anbar (cari anbar üçün filtr);
  • Xərc tarixi (maraq təşkil edən dövr üçün filtr, hesabata çıxar);
  • İM-də ƏDV-dən məbləğ (hesabata çıxar).

Daha sonra iki hesabatı bir-birinə “yapışdırmaq”: siçan ilə hesabatlardan birindən tutub digərinə keçirmək. Ümumi “tarix” sahəsi üzrə birləşdirmək. Hesabatların birləşdirilməsini yerinə yetirmək (Hesabatların birləşdirilməsi haqqında daha ətraflı burada oxumaq olar).

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş

Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Günlər üzrə məbləğlərdə fərqlər aşkar olunubsa, onların nə ilə bağlı olduğunu aydınlaşdırmaq. Zərurət yarandıqda, qəbzləri yenidən məxaricə keçirmək.

  1. Məxaric və mədaxil jurnallarında keçirilməmiş sənədlərin olmadığından əmin olmaq. Bu cür sənədlər aşkar etdiniz? Onları silin və ya düzgünlüyündən əmin olduqda keçirin.
  2. Təftiş jurnalında blankı yaratmaq.

Diqqət edin! Təftiş tarix üzrə son sənəddir. İnventarlaşdırmanı səhər saatlarında keçirir / daxil edirsinizsə, əvvəlki tarix qeyd edilir.

Təftiş həm bütün mal qrupları üzrə, həm də ayrıca seçilmiş mallar və ya qruplar üzrə keçirilə bilər. Sənədi yaradarkən bunu qeyd edin. Zərurət yarandıqda, çeşid siyahısından istənilən malı blanka daxil etmək olar.

  1. Verilənlərin daxil edilməsi.
  • VTT (verilənlərin toplanma terminalı) istifadə olunduqda, faylı və ya terminaldan birbaşa verilənləri yükləyin;
  • Ədədlə satılan malın hesablanması üçün skanerdən istifadə olunduqda, “Skan zamanı miqdarı artırmaq” xanasını seçin;
  • Çəki ilə satılan malı daxil edərkən və ya ədədlə satılan malı əllə daxil edərkən, “Faktiki qalıq: miqdar” sütununu doldurun.

Rahatlıq üçün malı qruplar üzrə daxil etmək olar. Məsələn, əvvəlcə süd məhsullarını, sonra bakaleya mallarını, daha sonra isə əlavə toyuq məhsullarını və s. Qrup seçimi üçün «Ctrl» + «←» klaviş birləşməsi istifadə edilir.

  1. Artıqlar / əskiklər sütunu sənədlərdəki qalıqla faktiki daxil edilmiş rəqəmlər arasındakı fərqi göstərir. Ziddiyyətlər olan sətirlər rahatlıq üçün rəngli şriftlə qeyd edilib.

Təftiş aparılana qədər istənilən dəyişikliyi edə bilərsiniz. Məsələn, tutaq ki, mayonezlər üzrə ziddiyyətlər aşkar edilib. Siz ticarət zalına qayıdır, mayonezləri təkrar hesablayır və səhv hesabladığınızı / dadı səhv saldığınızı / çəkini səhv saldığınızı / qablaşdırmanı səhv saldığınızı və s. anlayırsınız. Proqrama qayıdıb, düzəliş edirsiniz. Çəki ilə satılan mallara da şamil olunur: mal dili məhsulunu sayarkən qutulardan birini buraxdınız, onun çəkisi nəzərə alınmadı və s.

Daxil edilmiş bütün verilənlərin düzgünlüyündən əmin olduqdan sonra təftiş keçiririk.

Tövsiyə: verilənlər uzun müddət ərzində daxil edilirsə (mağazada aparılan təftiş müddəti ərzində), mütəmadi olaraq “Yaddaşda saxla” düyməsini basmaq lazımdır ki, cərəyanın qəfil kəsilməsi və ya texnikanın işində qəfil baş verə biləcək dayanma nəticəsində hər şeyi təkrar yerinə yetirmək məcburiyyəti yaranmasın.

Sənədlərdə qeyd olunan qalıqların düzgünlüyündə şübhə yarandıqda və ya təftiş dövrü ərzində bu və ya digər mövqelər üzrə faktiki miqdarla böyük ziddiyyətlər yarandığı zaman

“Meqaanalizator” istifadə etməyi tövsiyə edirik. Bunun üçün lazım olan adın qeyd olunduğu sətrin üzərində dayanıb, F9 düyməsini basın (bəzi noutbuklarda F klavişləri adi rejimdə deaktiv olduğundan, Fn+F9 klaviş birləşməsindən istifadə edirik). Mal barəsində ətraflı məlumatı ehtiva edən meqaanalizator açılacaq.

Kritik səhvlər baş verdikdə. Məsələn, qaimədə mövqelər səhv salınıbsa. Və donuz qaraciyəri əvəzinə böyrəyi qeyd olunubsa. Və ya istehsal aktında səhv mövqelər istifadə edilibsə. Və ya səhv miqdar qeyd edilibsə. Gələcək hərəkətlər üçün məsləhət almaq üçün texniki dəstək xidmətinə müraciət etməyinizi təkidlə tövsiyə edirik. Lazım olan tarixə qədər satışları ləğv etməkdə sizə yardım olunacaq və siz lazım olan düzəlişləri edəcək və qəbzləri yenidən məxaricə keçirəcəksiniz.

Bundan sonra Təftiş bölməsində “Yenidən hesabla”ya vurmaq lazımdır. Dəyişiklik edilmiş verilənlər sənəddə əksini tapacaq.

  1. Beləliklə, verilənlər daxil edildi, təftiş keçirildi. Əsas məsələyə keçirik – təftişin nəticələri.

Təftişlər jurnalında lazım olan sətrin üzərində dayanırsınız. “Təftiş aktı”nı vurursunuz. Siyahıdan aktın formasını seçirsiniz. Bir təşkilatda bir neçə təftiş aktı forması ola bilər: istehsal üçün, anbar üçün, paylaşdırma mərkəzi üçün, mağaza üçün və s. “Hesabla”-nı vururuq. Təftişin nəticəsinə baxırıq.

  1. Unutmayın: texniki dəstək xidmətindən, istəklərinizin nəzərə alınması ilə, fərdi təftiş aktını istəyə bilərsiniz.

 

Təftişin keçirilməsi Qismən təftiş Alkoqol satışı qaydaları Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri. Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması