Mercury ERP

Sensorlu kassa

Sensorlu kassa

 

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu Pərakəndə ticarətdə uçot Sensorlu kassa

 

 

Sensorlu kassa

Sensorlu monitoru olan Mercury POS kassa proqramında iş üzrə təlimat.

Belə  interfeys adətən barlarda, restoranlarda, yeməkxanalarda, ət və azçeşidli (100-500 mövqe) olan digər mağazalarda istifadə olunur.

 

 

  1. İŞIN BAŞLANĞICI

Kassanı işə saldıqda ümumi menyunu görürük:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

 

 

 

İş günü başlamazdan əvvəl (və ya lazım olduqda, gün ərzində),  pul xırdalamaq  üçün kassaya daxil edilir:  Əsas menyu Bənd  5. Hesabatlar → Bənd 5. Kassaya   daxil etmə → Daxil edilən məbləği göstəririk → Ok (Enter) → Qəbzi saxlayırıq.

  1. KASSADA İŞ

2.1. 1. Əsas əməliyyatlar.

Bilavasitə kassada işə keçid edirik (ümumi menyudan  bənd 1. “Kassa”):

Aşağıdakı şəkildə  Mercury POS proqramı ilə işləyərkən kassirin diqqət yetirməli olduğu məqamlar göstərilir.

 

Məsələn, üst sətirdə  (bənd 1) siz həmişə son qiymət dəyişikliyinin nə vaxt olduğunu  görə biləcəksiniz.

Qəbzi vurduqda “Ödəniş (F10)” düyməsini vururuq, sonra alıcıdan aldığımız pul məbləğini  daxil edirik. Ödəniş üsulundan (bank kartı və ya nağd vəsaitlə) asılı olaraq  lazım olan düyməni seçirik.

“Esc” düyməsi qəbzə qayıtmağınıza (alıcının xahişi  ilə qəbzdən  nəyi isə çıxarmağa və ya,    əksinə,  daha hər hansı malı  əlavə etməyə)   icazə verəcək.

Mağazada diskont  kartları və ya hər hansı  ümumi endirimlər olduqda,  “Diskont” düyməsindən istifadə olunur.

*** Əlavə olaraq:  qablaşdırmada olan ştrix-kod skaner tərəfindən oxunmursa, əl ilə daxil edilə bilər.

 Qəbzlə  iş panelinə daha ətraflı nəzər salaq:

  1. Qəbzdəki ədədi malların miqdarı “Miqdar+” və “Miqdar -” düymələrini istifadə edərək əl ilə dəyişdirilə bilər. Bu,  malın  qablaşdırmasında ştrix-kod olmadıqda  rahatdır. Və ya dərhal “Dəyiş” düyməsini vurun və istədiyiniz göstəricini  daxil edin.

  1. Qəbzdən   malı da  silmək mümkündür. Alıcı qəbz vurulanadək malı almaqdan imtina edərsə,

“Ləğv et” düyməsini istifadə edirik. Qəbzin yanlış olaraq  ləğv edilməsinin  qarşısını almaq üçün Mercury POS əməliyyatın təsdiqlənməsini xahiş edir.

 

  1. Geri qaytarmanın rəsmiləşdirilməsi.

Malın geri qaytarılmasını iki üsulla həyata keçirmək mümkündür: mala görə və  qəbzin  nömrəsinə görə.

Mala görə geri  qaytarmanın  rəsmiləşdirilməsi  üçün əsas menyuda 2-ci-bəndi – “Geri qaytarma” seçin. Kassada aparılan işə identik  olan bir pəncərə açılacaq. Bu  zaman  yuxarı sol küncdə bunun “Alıcıdan  geri  qaytarma” menyusunun olduğu bildirilir. Sonra  geri qaytarılan  malı skan edir və ya    tərəziyə  qoyuruq. Daha sonra “Ödəniş” düyməsini vururuq. Geri qaytarma rəsmiləşdirilmiş oldu.

*** Kassanın iş  rejiminə qayıtmağı unutmuruq.

 Bilavasitə  qəbzlə geri qaytarmanı rəsmiləşdirmək  üçün (bir qayda olaraq,  qiymət dəyişdikdə istifadə olunur) əsas menyuda 5-ci bənd – “Hesabatlar” → 4-cü bənd – Qəbz  jurnalı → Lazım olan  qəbzi axtarırıq  və “Geri qaytarma” düyməsini seçirik.

 

  1. İŞ GÜNÜNÜN BAŞA ÇATMASI.

Kassa növbəsini  bağlayarkən aşağıdakı hərəkətlər yerinə  yetirilməlidir.  Əsas menyu → Hesabatlar:

  • X-hesabatı çıxar;
  • Kassadakı nağd vəsaitləri  say;
  • Kassadan pul ödənişini həyata keçir; (mağaza müdirinə / digər məsul şəxsə təhvil verilən məbləği)
  • Z-hesabatı çıxar;
  • “Bank üzrə  günün bağlanması” hesabatını çıxar;
  • Kassadan  çıx. Bundan sonra oxu:

 

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri. Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar

 

Mercury ERP. Ticarətin avtomatlaşdırılması