Mercury ERP

Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma

Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ      MƏZMUN        MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu    Topdan ticarətdə uçot                     Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma

Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma

Məhsulun geniş çeşidi və tez-tez dəyişən mədaxil qiymətləri şəraitində məxaric qiymətlərinin əllə və ya tədarükçü spesifikasiyalarından təshihini həyata keçirmək kifayət qədər problemli olur.

Bu fəsildə biz qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma mexanizmini nəzərdən keçirəcəyik. İşin mahiyyəti ondan ibarətdir ki, hər bir mal üçün və məxaric qiymətinin hər bir növü üçün ayrıca qiymət artımı yaradılır. Mədaxil qiyməti dəyişdikdə Mercury məxaric qiymətinin dəyişdirilməsi zərurəti barədə xəbərdarlıq edir.

Qiymət artımını bir neçə yolla təyin etmək mümkündür: Birincisi – Ticarət menyusundan “Qiymət artımı matrisi”

İlk növbədə, qiymət növünü seçin və “Hamısını göstər” düyməsinə vurun.

Sənədin cədvəl hissəsində malın son mədaxil qiyməti, cari məxaric qiyməti, qiymət artımı, habelə qiymət artımı dəyişdirildiyi zaman təyin olunacaq hesablanmış məxaric qiyməti göstərilir.

Bu formada qiymət artımını həm tək-tək, həm də qeyd olunmuş qeydlər üzrə dəyişdirmək olar. Bir qrup məhsulun qiymət artımını birdən dəyişmək üçün «ins» düyməsinin köməyi ilə həmin malları seçin və «F3» klavişini vurun.

İkinci üsul “Tam qiymət artımı matrisi” alətindən istifadə etməkdir. Bu alət bütün məxaric qiymət növlərinə olan qiymət artımlarını bir ekranda əks etdirir.

Həmçinin, çeşid sorğu kitabçası üzrə daha rahat naviqasiya üçün ona mal qrupları ağacı daxildir. Tək-tək qiymət artımını dəyişmək üçün onun üzərinə siçan ilə iki dəfə klikləyin.

Qiymət artımını qrup şəklində dəyişmək üçün müvafiq qeydləri «Ins» düyməsi ilə seçin («+» düyməsi qrupda olan bütün mövqeləri seçir, «-» isə

seçimi ləğv edir), kursoru dəyişmək istədiyiniz sütunun üzərinə qoyun və «F3» klavişini vurun.

Qiymət artımının dəyişdirilməsinin üçüncü üsulu mal kartoçkasında qiymət artımı redaktorunu seçməkdir

Bu rejimdə cari mal üçün qiymət artımlarını dəyişdirmək olar

Məxaric qiymətləri jurnalı.

Mal mədaxilə yazıldığı zaman mədaxil qiyməti dəyişdiyi və bu mal üçün qiymət artımı matrisi verildiyi halda, məxaric qiymətləri jurnalında məxaric qiymətlərinin dəyişdirilməsi barədə müvafiq tövsiyə gəlir. İlk öncə bu funksiya anbarda aktiv edilməlidir. Bunun üçün anbar xüsusiyyətlərində “Qiymət avtomatı” işarəsini aktiv edin.

Məxaric qiymətləri jurnalının özü “Ticarət” menyusunda yerləşir.

Jurnalda malın adı, köhnə və yeni mədaxil qiyməti, qiymət artımı faizi (qiymət artımı matrisində təyin edilmiş), köhnə və yeni məxaric qiyməti və statusu göstərilir. Status Tövsiyə edilən və Zərər gətirən ola bilər. Zərər gətirən status mədaxil qiyməti aşağı düşdüyü, lakin qalıqda daha yüksək mədaxil qiyməti ilə daxil olmuş məhsul olduğu halda təyin edilir, bu isə o deməkdir ki, məxaric qiymətinin aşağı salınması zərərlə və ya gəlirin tam alınmaması ilə nəticələnəcək. Formanın aşağı hissəsində məlumat sətrində məxaric qiymətlərində qalıqlar üzrə qısa məlumat göstərilib.

Hər bir qeyd qəbul və ya imtina edilə bilər, o cümlədən qeyd edilmiş qeydlər üzrə. Qiymət vərəqindəki məxaric qiyməti yalnız tövsiyə qəbul edildiyi zaman dəyişəcək. Jurnalda həmçinin cədvəlin istənilən sahəsi üzrə F2 düyməsinin köməyi ilə qeydlərin filtrasiyasının standart mexanizmləri nəzərdə tutulmuşdur.

“Mədaxilə” düyməsinin köməyi ilə əsasında tövsiyə yaradılmış mədaxil qaiməsini açmaq olar. «OSS» düyməsi, habelə,

«Ctrl» + «Boşluq» klavişlərinin kombinasiyası həmin malın anbarlar üzrə qalıqlarına baxmaq üçün formanı açacaq.

Bundan sonra oxu:

Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma

Mercury ERP. Ticarətin avtomatlaşdırılması