Mercury ERP

Topdan və pərakəndə ticarət obyektləri üçün proqram təminatı

Topdan və pərakəndə ticarət obyektləri üçün proqram təminatı

Mercury ERP ticarət üçün nəzərdə tutulmuş bir proqramdır. Proqram vasitəsi ilə mağazalarda malların qeydiyyatının təşkil edilməsi və ticari proseslərin avtomatlaşdırılması mümkündür. Bu proses həm iri ticarət şəbəkələrinə, həm də kiçi və orta həcmli müxtəlif mağazalara aid edilə bilir. Mercury-ERP-nin nəzərdə tutduğu müstəqil kassa proqramı mağazanın işini hətta internet olmadan belə aparmağa imkan verir. Təhcizatçıların ayrı-ayrılıqda xüsusiləşdirilməsi mağazadakı mal dövriyyəsinin nəzarətdə saxlanılması üçün çox əlverişlidir.Pərakəndə ticarət üçün nəzərdə tutulmu 100-dən çox alət mağaza sahiblərinə bütün proseslərə vahid mərkəzdən nəzarət edə bilmək imkanı yaradır.

Mercury ERP-nin ticarət modulunu seçmək üçün səbəblər

Topdan və pərakəndə ticarət sektorunda rəqabət yüksək olduğundan bəzən hər qəpik belə sahibkar üçün dəyərli olur. Nəzarət gücləndirilmədikdə isə kiçik itkilər yığılaraq ilin sonuna iri həcmli bir zərərə çevrilir. Mercury ERP-ni seçməklə istənilən sayda və istənilən həcmdə mağazanı bir mərkəzdən idarə edə biləcəksiniz. Bundan əlavə proqram təminaı bir sahibkar kimi sizə düzgün nəzarət ede bilmək üstünlüyü yaradır. Bütün cihazlarda rahat interfeys təqdim etməklə proqram hesabına həm də aşağıdakı elementləri bir mərkəzdən və ayrı-ayrılıqda idarə etmək imkanınız yaranacaq:
• təxirə salınmış çeklər
• qiymət formaları
• şərhlər
• müştərilər
• endirimlər
• promo aksiyalar
• reklam tədbirləri
• loyallıq kartları

1 Step 1
keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right
FormCraft - WordPress form builder