Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu İstehsalda uçot Məhsulun maya dəyərinin hesablanması
Məhsulun maya dəyərinin hesablanması.
İndi hazır Məhsulun maya dəyərinin hesablanması haqqında müzakirəyə başlamaq vaxtıdır.
Maya dəyəri məhsulun istehsal prosesində istifadə olunan (işlərin, xidmətlərin), təbii resursların, xammalın, materialların, yanacağın, enerjinin, əsas fondların, əmək resurslarının və onun istehsalı və realizasiyası üçün digər xərclərin dəyərinin qiymətləndirilməsidir.
Bir qayda olaraq, maya dəyəri xammalın mədaxil qiymətlərindən istifadə edərək hesablanır. Bəs bu düzgündürmü?
Qiymətləndirilən və faktiki maya dəyəri.
Elə bu sualdan başlayaq. Tutaq ki, bizim qənnadı istehsalımız var, biz tort istehsal edirik, əsas xammalımız isə şəkərdir. Yarım il əvvəl biz bir kiloqramına görə 50 rubl verərək, bir ton şəkər almışıq. Bu, təxminən bir illik ehtiyatdır, buna görə, hal-hazıradək bizim anbarda hələ beş yüz kilo şəkərimiz qalır. Həmin vaxtdan sonra çuğundur qıtlığı baş vermiş və şəkər 100 rubl/kq qədər bahalaşmışdır. Diqqət, sual. Maya dəyərinin hesablanması zamanı şəkərin hansı qiymətindən istifadə etmək lazımdır. Əlli, yoxsa yüz rubl?
Bu yerdə həmsöhbətlərimin fikirləri adətən ayrılır. Mühasibatlıq adətən israr edir ki, maya dəyərinin hesablanmasında mədaxil qiymətini nəzərə almaq lazımdır. Bəzi mühasiblər hətta qalıqlarda mövcud olan şəkərin orta qiymətindən istifadə etməyi təklif edirlər. İdarəetmə uçotu isə bizə yüz rubl qiymətini seçməyi tövsiyə edir. Nəyə görə belə olur?
Məsələ ondadır ki, iqtisadçı nöqteyi-nəzərindən maya dəyəri son xərclərdir. Yəni, resursun alternativ istifadəsinin dəyəridir. Bəs biz tort istehsal etməsək, sadəcə şəkər ehtiyatlarımızı satsaq, nə baş verər? Düzdür. Biz hər kiloqrama görə yüz rubl hasilat əldə edəcəyik. Və istehsal həcminin planlaşdırılması zamanı yalnız bunun əhəmiyyəti olur. Uzaqgörən satınalma şöbəsinin çuğundurun qıtlığını əvvəlcədən görə bilməsi və kifayət edəcək xammal ehtiyatı yaratması faktı hazırkı maya dəyərimizin müəyyən edilməsi zamanı istifadə edilməli deyil. Sadəcə satınalma işlərinə baxan şəxsə mükafat yazın, çünki o, şirkətə əlavə gəlir gətirdi.
Tutaq ki, işlər başqa cür getdi. Şəkər qəfildən 25 rubl/kq qədər ucuzlaşdı. Bu cür olan halda da, məhsul buraxılışının maya dəyərinin hesablanması zamanı cari qiymətdən istifadə etmək lazımdır. Siz etiraz edə bilərsiniz ki, bu cür olan halda, siz itkilərlə üzləşəcəksiniz, axı siz şəkərin bir kiloqramına görə 50 rubl vermişdiniz! Bunun çox asan həlli var. Siz artıq itkilərlə üzləşmisiniz. Siz bu itkilərlə satınalma şöbəsi bazar tendensiyalarını əvvəlcədən tapa bilmədiyi və həddindən çox xammal ehtiyatı satın aldığı zaman artıq üzləşmişdiniz. Sadəcə bu faktı qəbul edin və məhsulu rəqiblərinizdən baha qiymətə satmağa çalışaraq bazar payını itirməyin.
Üçüncü misal daha mürəkkəb bir misaldır. Tutaq ki istehsalatda iki sexiniz var. Sexin birində ətin hazırlanması və farş istehsalı həyata keçirilir. Digər sexdə isə həmin farşdan düşbərə hazırlanır. Biz həm farşı, həm də düşbərəni satırıq və satışla bağlı heç bir problemimiz yoxdur (hesablamalar üçün bu vacibdir).
Tutaq ki, ətin, soğanın və elektrik enerjisinin qiymətindən asılı olan farş hazırlanmasının maya dəyəri bizdə 100 rubl/kq təşkil edir. Farşı isə biz topdan 150 rubla satırıq. Düşbərənin maya dəyərini hesablayarkən, farşın hansı qiymətindən istifadə etmək lazımdır? Bu sualda sadəcə mühasiblər deyil, “Son dərəcəli düşüncəsi” kifayət qədər olmayan iqtisadçıların bir hissəsi də kəsilir. Heç bir zaman unutmamaq lazımdır ki, maya dəyərimiz resursun alternativ istifadəsinin dəyəridir. Farşı isə biz, gərginlik hissi keçirmədən, 150 rubldan sata bilər və kifayət qədər yaxşı qazanc əldə edə bilərik. Lakin, 100 rubl qiymətindən istifadə etsək, biz itkili istehsalatı “nəzərdən qaçıra” bilərik. Əlbəttə ki, mühasibat uçotu üzrə heç bir itki baş verməyəcək, lakin sadəcə farş istehsal edərək daha çox pul qazanmaq varkən, düşbərə istehsal etmək, güc və vəsait yatırmaq nəyə lazımdır!
Əlbəttə ki, Mercury-ni hazırlayarkən biz mühasibatlığın nöqteyi-nəzərini nəzərə almaya bilməzdik. Bundan əlavə, ehtiyatlardan gələn itkilər (və ya artıq gəlir) hər hansı bir üsulla proqramda əks olunmalıdır. Buna görə, bizim iki maya dəyərimiz var. Qiymətləndirilən və faktiki maya dəyəri.
Qiymətləndirilən maya dəyəri xammalın son mədaxil qiymətindən çıxış edərək hesablanır. Onun hesablanmasını texniki-texnoloji xəritənin içində nəzərdən keçirmək olar.
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot
Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr
Məhsulun maya dəyərinin hesablanması
Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.
Faktiki olaraq məhsulun maya dəyəri artıq istehsal prosesində əmələ gələcək. O, istehsalatda iştirak etmiş xammalın partiya mədaxil qiymətlərindən çıxış edərək, hesablanmış olacaq.
Xatırladım ki, istehsal aktının tətbiq edilməsi zamanı iki sənəd yaradılır. Xammal sərfiyyatı və hazır məhsulun mədaxili. Bu sənədlərin məbləğləri üst-üstə düşür (“Əlavə xərclər” sahəsi istifadə edilmirsə). İstehsal edilmiş partiyanın faktiki maya dəyəri, mahiyyətcə, mədaxil qiyməti hazır məhsul miqdarına bölünmüş komponent sərfiyyatı məbləğinə bərabərdir.
İnvestisiyaların və daimi xərclərin maya dəyərinə təsiri.
İstehsalatın planlaşdırılmasında yalnız son xərclər və son gəlirlər əhəmiyyət daşımır. Əlavə mal partiyasının buraxılış xərcləri həmin partiyanın satışından əldə edəcəyimiz gəlirdən azdırsa, onu istehsal etməyə dəyər. Bu düsturda nə istehsalata investisiya, nə də müəssisə əməkdaşlarının əmək haqqısı yoxdur. Vacib qeyd. Yalnız əgər əlavə mal həcmi üçün siz işə yeni əməkdaş götürmürsünüzsə və onlar işəmuzd əmək haqqı almırlarsa. Ancaq ikinci halda bu xərclər son xərclərə çevrilir.
Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr
Məhsulun maya dəyərinin hesablanması
Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.