Mercury ERP

İzləmə imkanı. Traceability.

İzləmə imkanı. Traceability.

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu İstehsalatda uçot İzləmə imkanı Traceability.

İzləmə imkanı. Traceability.

İzləmə imkanı, yaxud ingilis dilinə tərcümədə traceability, müəssisədə keyfiyyətin idarə edilməsinin əsas alətlərindən biridir. Onun mahiyyəti ondan ibarətdir ki, hər xammal, yarımfabrikat və ya mal partiyası istehsalatda ştrix-kodla (və ya RFID qeydi ilə) markalanır və onunla əlaqədar bütün istehsalat əməliyyatları Mercury ERP uçot sistemində təsbit edilir.

İstehsalat daxilində maddi axınlar barədə bütün məlumatlara sahib olaraq, braka məhz kimin tərəfindən və hansı sahədə yol verildiyini müəyyən etmək, keyfiyyətsiz məhsul aşkar edildiyi halda bütün xammal partiyasını dayandırmaq olar.

Partiyaların izlənməsi imkanı ilə həmçinin yenidən emalda komissiya xammalının uçotu ilə əlaqədar məsələ də həll olunur. Məsələn, fabrikimiz bir neçə kontragentin xammalını yenidən emal etdiyi və qalıqları məhz tədarükçü kəsimində bilməyimizin vacib olduğu zaman.

Mercury ERP mal kartoçkasında izləmə imkanının tənzimlənməsi aşağıdakı kimi həyata keçirilir:

Malın tövsiyə edilən saxlama yerləri cədvəl hissəsində verilir. Malın mədaxilə yazılması zamanı operator onları dəyişə bilər.

“İzlənilən mal” işarəsi yerdəyişməsini izləməyə hazırlaşdığımız bütün mallarda, yarımfabrikatlarda və xammalda təyin edilməlidir. Onu bütün mallarda qoymağa ehtiyac yoxdur. Məsələn, taraları, violaları və çürümüş almaları biz bu layihədə izləmirik.

“Unitar mal” işarəsi, partiyanın miqdarı həmişə birə bərabər olmalı olan halda qoyulur. Bu cür malın bir neçə ədədini mədaxilə yazmaq zəruridirsə, o, hərəsində bir ədəd olmaqla bir neçə partiyaya bölünəcək və hər partiyaya öz treki veriləcək.

“Ayrılmaz partiya” işarəsi elə mallarda qoyulur ki, onların yüklənməsini biz bütün partiyanın ölçüləri ilə məhdudlaşdırmalıyıq. Məsələn, qalıqda 53 kq ayrılmaz malımız varsa, yalnız bütün miqdarın bütövlükdə yerini dəyişmək, yükləmək və ya istehsal aktını keçirmək olar. Partiyanı qismən satmaq olmaz.

Mercury ERP-də «Traceability» modulunun bütün iş mexanizmlərini göstərmək üçün, misal olaraq şirkətimiz tərəfindən DAD FRUITS müəssisəsində tətbiq edilən sxemi çəkəcəyik.

DAD FRUITS böyük kənd təsərrüfatı istehsalçısıdır. Almaların becərilməsində, anbara yığılmasında, qablaşdırılmasında ixtisaslaşıb. Müəssisə öz anbarının məhsulundan başqa qonşu təsərrüfatlarda becərilmiş almaları da emal üçün qəbul edir. İstehsalatın özü uzun müddətli saxlama anbarlarından, avtomatik separatordan, qablaşdırma sexindən və tara istehsalı sexindən ibarətdir.

İndi isə gəlin istehsalatdakı biznes prosesləri və onların Mercury ERP proqramında əks olunmasını nəzərdən keçirək.

Məhsul yığımı. Becərilmiş almalar hərəsinin tutumu təxminən 350 kq olan konteynerlərə yığılır. Konteynerlər qəbul üçün göndərilir. Qəbul zamanı malın mədaxilə yazılması əməliyyatı həyata keçirilir. İzləmə imkanı nöqteyi-nəzərindən, trek partiyaya malın mədaxili zamanı verilməli və özüyapışan etiketə çap edilməlidir. Praktikada bu rahat olmadı, çünki məhsul yığımı dövründə konteynerlər fasiləsiz axınla gəlir və onları mədaxilə salmaq mümkün deyil.

Buna görə “Anons edilən treklər” mexanizmi tətbiq edildi. Onun mahiyyəti ondan ibarətdir ki, Mercury-də mal kartoçkasına əvvəlcədən gözlənilən mədaxil tarixinin, tədarükçünün və məhsulu yığan briqadanın qeyd edildiyi treklər verilir. Bu, aşağıdakı kimi həyata keçirilir:

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı.

Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı Tikiş istehsalında uçot.

Treklər anons edildikdən sonra etiketlərə çap edilir və daxil olduqları zaman (və ya hətta məhsul yığımı zamanı) konteynerlərin üzərinə yapışdırılır.

Qəbuldan sonra əməkdaş verilənlərin toplanması terminalından istifadə edərək alınmış xammalı mədaxilə salır. Bu zaman Mercury ERP həmin konteyner üçün optimal saxlama yeri təyin edir. Qəbul prosedurunu personal kompüterdən də həyata keçirmək olar, lakin təcrübəyə əsaslanaraq, VTT daha rahatdır.

Burada və bundan sonra, personal kompüterdən olan skrinşot nümunələrini göstərəcəyik. Verilənlərin toplanması terminalında interfeys daha sadə, lakin eyni zamanda, daha az informativdir.

Anbardan kalibrləmə üçün buraxılış. Daxili yerdəyişmə sənədinin köməyi ilə həyata keçirilir. Operator personal kompüterdə və ya VTT-də məxaric qaiməsi yaradır və yerləri digər anbara dəyişəcək partiya treklərini skan edir.

Kalibrləmə. Tamamilə avtomatlaşdırılmış bir prosesdir. Fransa istehsalı olan separator girişdə çeşidlənməmiş almaların olduğu konteynerləri qəbul edir, yuyur, fotoşəklini çəkir və almaların ölçüsündən və rəngindən asılı olaraq, 40 çeşidə ayırır. Kalibrlənmiş almalar həmçinin 350 kq-lıq konteynerlərə yığılır. Uçot sistemində bu prosedur çeşidlənmiş konteynerlərin xammal hesab olunmadığı, məhsul olaraq isə bir neçə müxtəlif kalibrli partiyanın olduğu istehsal aktı kimi görünür.

Diqqət edin, istehsal əməliyyatı nəticəsində çeşidlənməmiş alma partiyasının mövcudluğuna son qoyuldu. Onun əvəzinə yeni kalibrlənmiş alma və istehsalat artıqları partiyaları əmələ gəldi. İzləmə qaydalarına əsasən, proqram yeni partiyalara çap edilən və üzərlərinə yapışdırılan yeni treklər təyin edir.

İzləmə zəncirinin qırılmaması və ilkin olaraq (istehsal aktına qədər) hansı xammalın istifadə edildiyini izləmək imkanının mövcud olması üçün treklərin mənimsənilməsi mexanizmi istifadə edilir. Mənimsəmə qaydaları TTX-də göstərilir.

“Xammal trekini mənimsə” variantının seçilməsi zamanı Mercury hazır məhsul partiyası üçün yeni trek yaradacaq, lakin xammalla əlaqəni saxlayacaq. “Xammal trekini istifadə et” variantının seçilməsi zamanı hazır məhsula xammalla eyni trek veriləcək. İkinci variantı məhsulun konveyerlə hərəkət etdiyi zaman istifadə etmək rahat olur.

Qablaşdırma. Kalibrləmədən sonra, çeşidlənmiş partiyalar qablaşdırma sexinə keçirilir. Orada onları yeşiklərə qablaşdırırlar. Uçot nöqteyi-nəzərindən, bu həmçinin istehsal aktıdır.

Partiyanın izlənməsi. Tutaq ki, alıcı bizə zəng edir və deyir ki, o, 31337000000000000179 saylı partiyada xarab olmuş məhsul aşkar edib. Bu cür olan halda, biz partiyanın sexlər üzrə hərəkətini izləyə biləcəyik ki, tədbir görə bilək. “ERP elementləri” “Partiyaların izlənməsi” menyusuna daxil olaq və həmin trekin tarixini nəzərdən keçirək.

Bununla da Mercury ERP-dəki Traceability modulu ilə tanışlığımızı başa çatdırırıq.

Bundan sonra oxu:

Sexlər və sahələr

Xammal, yarımfabrikatlar və hazır məhsul

İstehsalatda texniki-texnoloji xəritələr

İstehsal planı

Məhsulun maya dəyərinin hesablanması

Bölmə zamanı maya dəyəri

İzləmə imkanı. Traceability.

Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması.

İstehsal aktı

Tikiş istehsalında uçot.

Mercury ERP. Ticarətin avtomatlaşdırılması