İdarəetmə uçotu üçün proqram
Girişdən bəlli olduğu kimi, bu kitabda mən Mercury ERP proqramı ilə iş qaydasını təsvir edəcəyəm. Bu link vasitəsilə siz, kitabda göstərdiyim misalların təkrarlanması üçün, onu pulsuz yükləyə bilərsiniz. Lakin Mercury idarəetmə uçotu üçün proqramçıların yazdığı bir çox proqramdan sadəcə biridir. Daha yeniləri də var, köhnəlmişləri də. Pulluları da var, pulsuzları da. Seçim sizindir! Siz başqa bir proqram seçsəniz belə, kitabdakı material bir çox halda sizin üçün aktual olacaq.
Kiçik və orta biznesdə yaxşı idarəetmə uçotu proqramı aşağıdakı modullara malik olmalıdır:
Birincisi – anbar uçotu. Bu modulu olmayan heç bir uçot proqramı yoxdur. Bundan əlavə, bir çox halda, müəssisədə idarəetmə uçotunun tətbiq edilməsi məhz anbarın avtomatlaşdırılmasından başlayır. Mədaxil, malın məxarici, sifarişlər, qalıqlar və təftiş. Zəruri minimum məhz budur. Mercury-də həmçinin çeşid matrisləri, avtosifariş, ehtiyatların idarə edilməsi, partiyaların izlənməsi, qalıqların normalaşdırılması və müəyyən tarix üçün qalıqlar mövcuddur. Bu barədə ətraflı məlumat üçün Anbar uçotuna həsr olunmuş bölməni oxuyun.
İkincisi – ticarət uçotu. Bura satış uçotu ilə əlaqədar olan müxtəlif modullar aiddir. Bu, ən azı, qiymət vərəqinin aparılmasıdır (bir neçəsinin olması daha yaxşıdır). Həmçinin ticari avadanlıqlarla, tərəzilərlə, fiskal qeydiyyatçılarla inteqrasiya mövcud olmalıdır. Buraya VDAMS, onlayn kassalar və dövlətin bizə ürcah etdiyi digər “sərgüzəştlər” də daxildir.
Üçüncüsü – maliyyə uçotu. Bu, mütləq qaydada tədarükçülər və alıcılarla olan hesablaşmalar, debitor və kreditor borca baxılma və nəzarətidir. Bundan əlavə, Mercury-də ödəniş təqvimi, bir çox hüquqi şəxslərin holdinq uçotu və heç də pis olmayan büdcənin hazırlanması var.
Və əlbəttə ki, analitik alətlər dəsti. Burada nə qədər çox olsa, o qədər yaxşıdır. Adi hesabatlardan başqa, Mercury ERP-də xüsusi “Biznes analiz” aləti var. Bu alətdə adi istifadəçi istənilən hesabatı “bilavasitə olaraq siçanla” yarada bilər. Lazımi sahələri çıxarmaq, filtrlər əlavə etmək, habelə toplu cədvəl tərtib etmək. Excel-ə, PDF-ə və digər formatlara çevirmək də mümkündür.
Sizin restoranınız və ya istehsalat müəssisəniz varsa, istehsalatda uçot üçün modullar olmadan hərəkət edə bilməzsiniz. Sizə Texniki-texnoloji və kalkulyasiya xəritələri, istehsal aktları, mal əvəzediciləri, irəliləmiş hallarda isə – istehsal planı və resursların yüklənməsi lazım olacaq. Bütün bunları siz Mercury ERP-də tapacaqsınız.
Kitabın növbəti fəsillərində siz bu modulların hər birindən effektiv şəkildə istifadə etməyi öyrənəcəksiniz. Bütün kitabı oxuduqdan sonra isə idarəetmə uçotu üçün proqram Mercury ERP-ni tamamilə öyrənəcəksiniz.
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.