Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu Maliyyənin idarə edilməsi İdarəetmə uçotu və büdcənin hazırlanması
İdarəetmə uçotu və büdcənin hazırlanması
İdarəetmə, ilk növbədə, planlaşdırma və nəzarətdir. Maliyyənin idarə edilməsində planlaşdırma və nəzarət alətlərindən biri büdcənin hazırlanmasıdır.
İdarəetmə uçotu və büdcənin hazırlanması bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. Uçot məlumatları toplayır, büdcənin hazırlanması isə onu asanlıqla işləməyə, rahat formaya gətirməyə və, ən əsası, müəssisənin fəaliyyətinə nəzaət eməyə imkan verir. Düzgün qurulmuş büdcə prosesi əvvəlcədən şirkətin fəaliyyətindəki problemləri aşkar etməyə imkan verəcək və onların aradan qaldırılması üçün vaxt verəcək.
Təəssüflər olsun ki, internetdə büdcənin hazırlanması mövzusunda olan bütün materiallar, ən azı, iqtisadi elmlər namizədləri üçün nəzərdə tutulub. Bu isə bu faydalı vasitənin sahubkarlıq mühitində irəliləməsinə heç cür kömək etmir. Biz bu boşluğu doldurmağa çalışacağıq və sizə büdcənin hazırlanmasının bu müəssisədə sadə şəkildə tətbiq edilməsi qaydası və bunun sizə hansı fayda verəcəyi barədə danışacağıq. Və, bunu, həmişəki kimi, öz misallarımızla izah edəcəyik.
Müəssisədə büdcə prosesinin təşkil edilməsinin iki əsas üsulu mövcuddur. Sadələşdirmək üçün onların adını büdcənin yuxarıdan-aşağıya hazırlanması və büdcənin aşağıdan-yuxarı hazırlanması qoyaq. Yuxarıdan-aşağı üsulunda, ilk növbədə, bütün müəssisə üçün əsas illik büdcə tərtib edilir, sonra isə hər bir bölmənin aylıq büdcəsinə bölünür. Bu üsul iri korporasiyalarda yaxşı işləyir, lakin kiçik və orta biznes üçün həddindən çox mürəkkəbdir.
Buna görə Mercury ERP-də əks büdcə prosesi reallaşdırılıb – aşağıdan-yuxarı. Onun mahiyyəti ondadır ki, hər bir bölmə özünün aylıq büdcəsini hazırlayır. Bundan sonra, rəqəmlər müəssisə rəhbərliyi səviyyəsində təsdiqlənir. Və yalnız bundan sonra bütün şirkətin konsolidasiya edilmiş büdcəsi səhifələnir.
Büdcələr 2 sinfə ayrılır: “Gəlirlər və Xərclər Büdcəsi (GXB)” və “Pul Vəsaitlərinin Hərəkəti Büdcəsi (PVHB)”. GXB-ə yerinə yetirilməsi faktı üzrə əməliyyatlar (anbar əməliyyatları, malın mədaxili və məxarici), PVHB-ə isə ödəniş faktı üzrə əməliyyatlar (maliyyə əməliyyatları) düşür.
Bu iki büdcə növü arasındakı fərqin izah olunmasının ən sadə üsulu misal çəkməkdir: Tutaq ki, siz 25 mart tarixində alıcıya malın yüklənməsini həyata keçirdiniz, ödənişin isə 5 aprel tarixində edilməsini gözləyirsiniz. Bu o deməkdir ki, GXB büdcəsində bu əməliyyat mart ayı üzrə, PVHB-də isə aprel ayı üzrə əks olunacaq.
Büdcələr həmçinin variant üzrə fərqlənə bilər. Məsələn: optimist, realist, pessimist, stress. Şirkətdə bütün bu büdcə variantları eyni zamanda hazırlana bilər, lakin kiçik və orta biznesdə bu cür diqqətli planlaşdırmaya ehtiyac yoxdur.
Və ən əsası. Mercury ERP-də büdcə aylıq, rüblük və illik ola bilər. Yaxşı, nəzəriyyə ilə işimizi bitirək. İndi praktikaya keçmək vaxtıdır.
İlk iş müəssisənizdə yaradılacaq büdcə variantları və siniflərini müəyyən etməkdir. Variantları “Sorğu kitabçaları” “Büdcə” “Büdcə variantları” sorğu kitabçasına daxil etmək zəruridir. Çox baş qoşmayın. Həyatda baş verə biləcək bütün hallar üçün strateji plan yaratmaq lazım deyil. Variant nə qədər azdırsa, sistemdə işləmək də o qədər asan olacaq (ideal olanı bir PVHB variantının olmasıdır). Bu isə o deməkdir ki, variant nə qədər azdırsa, səhvlər də o qədər az, nəticələr də o qədər aydın olacaq.
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi
Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.
Tədarükçü və alıcılarla hesablaşmaların uçotu
İdarəetmə uçotu və büdcənin hazırlanması
Büdcəni necə tərtib etmək lazımdır?
MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.
Büdcə maddələrinin sorğu kitabçası
Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu
Hər büdcə variantı üçün onun sinfini seçmək lazımdır (GXB və ya PVHB)
Daha sonra, şirkətin strukturunu və büdcə maddələrini fikirləşmək və təsvir etmək zəruridir. Bu barədə növbəti fəsillərdə məlumat verəcəyik.
Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri.
Tədarükçü və alıcılarla hesablaşmaların uçotu
İdarəetmə uçotu və büdcənin hazırlanması
Büdcəni necə tərtib etmək lazımdır?
MMM Maliyyə məsuliyyəti mərkəzi
Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.