Mercury ERP proqramında
ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI
Siz buradasınız: İdarəetmə uçotu Maliyyənin idarə edilməsi Büdcənin tərtib edilməsi
Büdcənin tərtib edilməsi
Girişdə qeyd edildiyi kimi, Mercury ERP-də “aşağıdan yuxarıya” büdcə prosesi reallaşdırılıb. Bu isə o deməkdir ki, büdcənin tərtib edilməsi zamanı hərəkət qaydası aşağıdakı kimidir:
- Hər bir bölmənin (MMM) rəhbəri öz şöbəsi üçün büdcə tərtib edir. Bu sənədin adı
“MMM büdcəsidir”.
- İkinci mərhələdə biz bölmə rəhbərlərinin sorğuladığı xərclərin məbləğləri (və ya satış planları) təşkilatın TOP menecmenti tərəfindən təsdiq edilir və büdcələr icra üçün qəbul edilir.
- Üçüncü mərhələdə bütün şöbələrin MMM büdcələri əsasında bütün şirkətin konsolidasiya edilmiş büdcəsi tərtib edilir.
MMM büdcəsinin tərtib edilməsi.
“Maliyyə” menyusunda “MMM büdcəsi jurnalı”nı açın
Bu jurnalda hər şirkət şöbəsinin tərtib edilmiş bütün büdcələri əks olunur. Gəlin “Yeni” düyməsinə basaraq yeni büdcə yaradaq.
Mündəricat
Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi
Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu
İdarəetmə uçotu və büdcənin hazırlanması
Büdcəni necə tərtib etmək lazımdır?
MMM – Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri.
Büdcə maddələrinin sorğu kitabçası
Büdcənin tərtib edilməsi Büdcənin yerinə yetirilməsinə nəzarət Multivalyuta uçotu
Büdcənin başlığında MMM variantı, habelə büdcə dövrünün dövrünü göstərmək zəruridir. Mercury ERP aylıq, rüblük və illik büdcələr yaratmağa imkan verir.
Başlığın doldurulmasından sonra büdcəyə maddələr əlavə etməyə və “Sorğulanmış məbləği” göstərməyə başlayırıq. Bütün maddələr əlavə edildikdə “Hazırlanıb” markerini qoyuruq və büdcəni yaddaşda saxlayırıq.
Sorğulanmış məbləği əllə də daxil etmək olar, büdcəni Büdcə sorğularına əsasən avtomatik olaraq da yaratmaq olar. İkinci üsul daha şəffafdır və rəhbərliyə sorğulanmış məbləğlərin nədən formalaşdığını göstərməyə imkan verir.
Hər bir sorğuda maliyyələşdirmə üçün MMM, büdcə maddəsi və tarix göstərilir. Məhz bu verilənlərə əsasən MMM büdcələri yığılır.
Büdcənin razılaşdırılması.
Büdcənin hazırlanmasının ikinci mərhələsi büdcənin şirkətin TOP menecerlərinin biri tərəfindən razılaşdırılmasıdır. Bir qayda olaraq, biz hamımız büdcələrimizi artırırıq. İri bir şirkətdə IT-direktor olanda, mən də belə bir günahla məşğul olurdum. Razılaşdırma mərhələsində şöbə rəhbərləri ilə maliyyəçilər arasında özünəməxsus auksion həyata keçirilir. Məbləğlər hər bir maddə üzrə və ya hamısı birdən razılaşdırılır.
Proqram hər iki rəqəmi yaddaşında saxlayır. Şöbə müdirinin sorğuladığını da, onun rəhbərinin təsdiqlədiyini də. Qaydasında getməyən bir şey olarsa və şirkət büdcədən kənara çıxarsa, bu məlumat vacib ola bilər.
Bütün maddələr razılaşdırıldıqdan sonra büdcənin başlığında müvafiq marker qoyulur. Bundan sonra, büdcənin müəllifi artıq onu redaktə edə bilməyəcək.
Konsolidasiya edilmiş büdcənin tərtib edilməsi.
Konsolidasiya edilmiş büdcə şirkətin müxtəlif şöbələrinin büdcələrindən yaranmış “ümumi” büdcəsidir. Bu sənəddə olan məlumat şirkətin işlərinin necə getdiyini dərk etmək üçün kifayətdir.
Onun tərtib olunmasına bütün bölmələrin büdcələri yarandıqdan və razılaşdırıldıqdan sonra keçmək olar. Konsolidasiya edilmiş büdcələr jurnalı “Maliyyə” menyusunda olur.
Konsolidasiya edilmiş büdcə yaradıldığı zaman biz büdcə dövrünü və növünü göstəririk.
Yeri gəlmişkən, bütün şöbələr öz büdcələrini hazırlamamışdırsa, proqram konsolidasiya edilmiş büdcəni yaratmağa imkan verməyəcək və konkret olaraq hansı MMM-lərin gecikdiyini göstərəcək.
Mercury ERP-də MMM üzrə maddənin detallaşdırılmasını açıqlamaq imkanı və bir sıra digər analitikalar var.
Məsələn, müxtəlif dövrlərdə maddə qiymətlərinin tarixini izləmək və “Əmək haqqı üzrə xərclər nə qədər sürətlə artır?” tipli suallara cavab vermək olar
Bundan sonra oxu:
Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu
İdarəetmə uçotu və büdcənin hazırlanması
Büdcəni necə tərtib etmək lazımdır?
MMM – Maliyyə məsuliyyəti mərkəzi
Büdcə maddələri. Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi
Başlıqlar
- İdarəetmə uçotu
- Anbar uçotu
- Qiymət artımı matrisinin köməyi ilə qiymətqoyma
- Pərakəndə ticarətdə uçot
- İctimai iaşədə uçot
- Maliyyənin idarə edilməsi
- Pul vəsaitlərinin hərəkətinin uçotu. Ödəniş sənədləri. Tədarükçü və alıcılarla hesablaşmaların uçotu İdarəetmə uçotu və büdcənin hazırlanması Büdcəni necə tərtib etmək lazımdır? MMM - Maliyyə məsuliyyəti mərkəzi Büdcə maddələri Büdcə maddələrinin sorğu kitabçası Büdcənin tərtib edilməsi Büdcənin icrasına nəzarət Ümumi multivalyutalılıq anlayışı
- İstehsalatda uçot
- Sexlər və sahələr Xammal, yarımfabrikatlar və hazır məhsul İstehsalatda texniki-texnoloji xəritələr İstehsal planı Məhsulun maya dəyərinin hesablanması. Bölünmə zamanı maya dəyəri İzləmə imkanı. Traceability. Ət kombinatında uçot. Ət kombinatının avtomatlaşdırılması. İstehsal aktı Tikiş istehsalında uçot.