Mercury ERP

Anbarda təftiş

Anbarda təftiş

Anbarda təftiş 

Zamanla anbardakı malı kompüter göstəricilərinin real verilənlərlə tutuşdurulması üçün yenidən hesablamaq lazımdır. Ziddiyyətlər bir sıra səbəblərdən ola bilər və oğurluğun bu səbəblər arasında birinci yerdə olması mütləq deyil. Bu səbəblərin arasında yenidən çeşidlənmə də, təbii itki də, malın sınması ilə əlaqədar brak da mövcuddur. 

Anbarda maddi dəyərlərin yenidən hesablanması prosesi təftiş və ya inventarlaşdırma (kimə necə xoşdursa) adlanır. 

Bu prosesin hər ikisi də anbarın sənədlər üzrə və real vəziyyətinin müqayisə edilməsi, anbarda mal artığının və ya əskiyinin aşkar edilməsi üçün nəzərdə tutulub. “İnventarlaşdırma” sözü adətən avadanlığın, mebelin, texnikanın və şirkətin digər əmlakının yenidən hesablanması zamanı istifadə edilir. “Təftiş” isə məhz anbarda firmanın ticarətinin predmeti olan malın yenidən hesablanması kontekstində istifadə edilir. Bundan əlavə, təftiş zamanı, bir qayda olaraq, kassa intizamı, pulun faktiki olaraq mövcudluğu yoxlanıla bilər. 

Bu fəsildə biz anbarda təftişin keçirilməsi məsələsini ətraflı şəkildə nəzərdən keçirəcəyik. Gəlin təşkilati məsələlərdən başlayaq. 

⦁Anbar oxunduğu zaman proqramda yeni mədaxil və ya məxaric sənədləri yaradılmalı deyil. Məsələ ondadır ki, “Təftiş” sənədi yaradıldığı zaman malın qalıqlarını yadda saxlayır və onlar təftiş keçirilənə qədər dəyişməli deyil. 

⦁Birinci bənddən həmçinin proqramda tətbiq edilmiş bütün Məxaricləri boşaltmaq və bütün Mədaxilləri qəbul etmək (yaxud, bu malı yenidən hesablamamaq) zərurəti irəli gəlir. 

Fiziki olaraq, malın yenidən hesablanmasını təftiş cədvəlləri vasitəsilə, yaxud verilənlərin toplanması terminallarının (VTT) köməyi ilə həyata keçirmək olar. 

İndi isə, gəlin proqramda yeni təftişin necə yaradıldığını nəzərdən keçirək. Bunun üçün “Anbar””Təftiş” menyusuna daxil olun. Həmin anbarda keçirilmiş təftişlərin jurnalı açılacaq.  

“Yarat” düyməsinə vurduqda yeni təftişin yaradılması üzrə göstərişlər açılacaq. 

 Bu dialoqda yaradılan təftişin əsas parametrlərini seçmək olar. Məsələn: 

⦁Qiymətlərin növü. Mədaxil və ya məxaric qiymətlərində təftiş üzrə əskik (və ya artıqlar) hesablanacaq. 

⦁Mallar üzrə filtr. Anbardakı bütün malları və ya müəyyən qrupu/ matrisi hesablamaq olar. Adətən, mağazalar hissələrlə hesablayırlar ki, təftiş müddəti ərzində onlar tam bağlanmasın. 

⦁”Real verilənləri qalıqların qiyməti ilə doldur” işarəsini təftişi çap edilmiş cədvəllər üzrə keçirdiyiniz zaman qoymaq rahat olur. Bu cür olan halda, siz hər malın faktiki miqdarını daxil etmək məcburiyyətində qalmayacaqsınız, sadəcə ziddiyyətləri qeyd etməyiniz kifayət edər. Təftiş MMS vasitəsilə hesablandığı zaman bu işarəni qoymaq olmaz. 

⦁Təftiş dövrü avtomatik verilir. Keçən təftişin növbəti günündən cari təftişin keçirilməsi gününə qədər. Bu dövr təftişin keçirilməsi yekunlarının hesablanması üçün istifadə edilir və, zərurət yarandıqda, onu əvəz etmək olar. 

Proqramda yaradılmış təftiş aşağıdakı kimi görünür: 

Yasəmən rəngli şriftlə sənədlərdəki və faktiki qalıqların uyğun gəlmədiyi mövqelər qeyd olunub. Çəhrayı fon rəngi ilə faktiki qalığın artıq dəyişdirildiyi mövqe qeyd olunur. 

Gəlin təftişin cədvəl hissəsində sütunların qiymətlərini daha ətraflı şəkildə nəzərdən keçirək. 

“Malın adı” – burada hər şey aydındır. 

“Bir ədədin qiyməti” – artıqların və əskiklərin hesablanacağı qiymət. Təxmini qiymətdir, çünki təftişin keçirilməsi zamanı mövqenin partiya qiyməti ilə əvəz olunacaq. 

“Əvvəl üzrə qalıq” – Təftiş dövrünün əvvəlinin səhəri üçün malın miqdarı. Hesablanan malın dövriyyəsinin hesablanmasına imkan verən məlumat sahəsi. 

“Ümumi mədaxil” – təftiş müddəti ərzində anbara daxil olmuş malın miqdarı. 

“Artıqlar” – Təftiş müddəti ərzində mədaxilə yazılmış cari malın artıqlarının miqdarı. Bu sahənin köməyi ilə yenidən çeşidlənməni həyata keçirmək rahatdır. Diqqət edin, “Ümumi mədaxil” sütununun qiymətinə 

“Artıqlar” daxildir. 

“Dövr üzrə məxaric” – təftiş müddəti ərzində anbardan getmiş malın miqdarı. 

“Sənəd üzrə qalıq” – təftiş anı üçün uçot verilənlərinə əsasən qalıq miqdarı və məbləği. 

İstifadəçiyə sadəcə “Faktiki qalıq” sahəsini real qiymətlə doldurmaq, yaxud verilənləri VTT-dən boşaltmaq qalır. Faktiki qalıqlar daxil edilərkən, müvafiq sətirlər çəhrayı rənglə işarələnəcək. Bu faktiki qalıq artıq doldurulduğu zaman rahat olur və istifadəçi yalnız korrektələr edir. 

Mercury “Artıqlar/ Əskiklər” sahələrini avtomatik doldurur. Nəzərə almaq lazımdır ki, əskik (və ya artıqların) məbləği keçirilmiş təftişdə həmin sahələrdəki məbləğdən fərqlənə bilər. Bu ona görə baş verir ki, əskik qalıqlardan partiya (mədaxil və ya məxaric) qiyməti ilə silinir, lakin o, təftiş müddəti ərzində dəyişə bilərdi. 

Bütün faktiki qalıqlar daxil edildikdən və yoxlandıqdan sonra, “Tətbiq et” düyməsini vurmaq olar. Təftişin keçirilməsi proseduru iki asılı sənəd yaradır: artıqların mədaxili və əskiklərin məxarici. 

Bu iki sənəddən başqa, təftişin yekunlarına, həmçinin, təftiş dövrü daxilində yaradılmış sənədlər təsir göstərə bilər. Məsələn, yükləmə zamanı bir yeşik pivə sınıb və onu təftişi gözləmədən siliblər. Və ya yenidən çeşidlənmə səbəbilə avtomatik artıqlar yaranmışdır. Yekunların hesablanmasının avtomatlaşdırılması üçün, “Təftiş aktı” sənədi istifadə edilir ki, bu sənəd sistem administratoru tərəfindən elastik şəkildə konkret müəssisədə uçot xüsusiyyətlərinə uyğunlaşdırılaraq, tənzimlənir. Burada, həmçinin, müxtəlif növ silinmələri, malın təbii itkisini və s. uçota almaq olar. 

  

Bundan sonra oxu: 

Anbarda təftiş  

Çeşid matrisi  

Mal ehtiyatlarının idarə edilməsi 

Sənədlərin surətinin yaradılması 

Qaimə şablonu 

Malın ehtiyatda saxlanması