Mercury ERP

Ərzaq mağazasının avtomatlaşdırılması

Ərzaq mağazasının avtomatlaşdırılması

İdarəetmə uçotu

Mercury ERP proqramında

ƏSAS SƏHİFƏ MƏZMUN MÜƏLLİF HAQQINDA MERCURY ERP PROQRAMI

 

 

Siz buradasınız: İdarəetmə uçotu Pərakəndə ticarətdə uçot Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri.

Ərzaq mağazasının avtomatlaşdırılması

Ərzaq mağazasını avtomatlaşdırmağın bir neçə səbəbi var. Onlardan bəziləri aşağıdakılardır:

  1. Bu bazarda rəqabət kifayət qədər yüksəkdir. Deməli, məhsulların əksəriyyətinin qiymətinin üzərinə az miqdarda əlavə pul qoyulur. Tab gətirmək üçün sahibkarlar hər qəpiyi saymalı olurlar.
  2. Məhsulların böyük əksəriyyətinin yararlılıq müddəti kifayət qədər azdır. Eyni zamanda

onları mağazada mütəmadi olaraq yoxlamağı “sevənlər” də az deyil. Düzgün tətbiq edilmiş proqram işçi heyətinə hətta özünəxidmət mağazalarında belə yararlılıq müddətlərinə nəzarətdə kömək edəcək.

  1. Daimi marketinq aksiyaları və “sarı qiymət etiketləri”. Əksər ərzaq tədarükçüləri onları əsirgəmir. Belədirsə, onda satışları artırmaq üçün bu alətlərdən istifadə etməyə dəyər.
  2. Alkoqollu məhsulların satışı Son vaxtlar dövlət bu bazarda güclü tənzimləmə tədbirləri görür. Bütün qüvvələr kontrafakt alkoqol ilə mübarizəyə yönəldilmişdir. Hər şey RAT FX-də bəyannamədən başlamışdı, indi isə bütün pərakəndə ticarət nöqtələrində VDAMS sistemi quraşdırılmalıdır. Burada proqramsız heç cür keçinmək mümkün deyil.
  3. Özünəxidmət formatı Biz hər gün ərzaq almağa gedirik, ən azı, başqa mağazalardan daha çox. Deməli, ərzaq mağazalarının ziyarətçilərinin sayı daha çoxdur. Supermarketlər və digər özünəxidmət formatları heyətə çəkilən xərclər eyni olmaqla piştaxta mağazalarından daha çox sayda müştəriyə xidmət göstərməyə qadirdir. Üstəlik, bir qayda olaraq orta qəbz özünəxidmət mağazalarında daha yüksəkdir, çünki alıcı tələsmədən seçim edib səbətini doldura bilir.

Daha sonra bu fəsildə Mercury ERP proqramını ərzaq seqmentində tətbiq edərkən onda nələrə diqqət etməli olduğunuzu nəzərdən keçirəcəyik.

Yararlılıq müddətlərinə nəzarət

 

Malları mədaxilə qoyduğunuzda, hər bir mal mövqeyi üçün istehsal tarixi və saxlama müddətini daxil etmək imkanınız olur.

Mündəricat

İdarəetmə uçotu üçün proqram

Anbar uçotu

Topdan ticarətdə uçot Pərakəndə ticarətdə uçot

Təftişin keçirilməsi Qismən təftiş Alkoqolun satış qaydaları

Ət mağazasında uçot Ərzaq mağazasının avtomatlaşdırılması.

Ərzaq mağazaları şəbəkələri.

Kassa proqramı Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət.

Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

İctimai iaşədə uçot Maliyyənin idarə edilməsi İstehsalatda uçot

Hər bir mal mövqeyi üçün çeşid sorğu kitabçasında yararlılıq müddətini təyin etmək olar. Malın yararlılıq müddəti göstərilmişdirsə, Mercury ERP avtomatik olaraq malın mədaxili zamanı lazım olan tarixi qoyacaq.

Sizin Mercury-nin məhsulların yararlılıq müddətinin sona çatması ilə əlaqədar Sizə xəbərdarlıq etməyə başladığı günlərin sayını təyin etmək imkanınız da var. Bu, hər bir mal üçün ayrıca, həm də qrup parametrləri ilə edilə bilər (məsələn, uzunmüddətli saxlanılan mal barədə bir ay əvvəl, tez xarab olan mal barədə 3 gün əvvəl xəbərdarlıq edirik).

İndi isə nəzarət barədə. Birincisi, qalıqlara baxdıqda saxlama müddəti başa çatmaqda olan və ya artıq keçmiş mal qırmızı rəngdə işıq verir.

Anbarın cari vəziyyətində genişləndirilmiş filtr də təyin edə və saxlama müddəti müəyyən tarixə yaxınlaşacaq bütün mövqeləri göstərə bilərsiniz.

Bundan sonra, filtrdən keçmiş mövqeləri çapa vermək və əlində siyahı olan satıcını yararlılıq müddətlərini yoxlamağa göndərmək olar.

Özünəxidmət mağazalarımızda eyni məhsulun fərqli mədaxil tarixləri olan, deməli, saxlama müddəti də fərqli olan bir neçə partiyası ola bilir. Qalıqlarda yararlılıq müddəti bitmiş mal partiyası olarsa, bu malı vurduqda, kassir “Yararlılıq müddətini yoxlayın” xəbərdarlığını alacaq.

Aksiyalar, diskont kartları, sarı qiymət etiketləri.

 Mercury ERP-də aksiyaların keçirilməsinin ən sadə mexanizmi “Sarı qiymət etiketləri”dir. Əslində, bu, sadəcə malın üzərində bir qeyd olmaqla qiymətin hazırda endirildiyini göstərir.

Quraşdırılmış “Aksiya” markeri ilə bütün mövqelər proqram interfeysində sarı rəng verir. Onların üzərində ayrıca olaraq qiymət etiketləri çap olunur.

Həmçinin Mercury digər aksiya növlərini elə tənzimləməyə imkan verir ki, onlar, üzərində sarı qiymət etiketlərinin olduğu mallara tətbiq edilməsin.

“Xüsusi Endirimlər” aləti daha çox imkanlar açır. Xüsusi endirim jurnalını Pərakəndə menyusunda tapa bilərsiniz. Bu alətin köməyi ilə həftənin günündən, satışın vaxtından və ya çekdə satılan malların miqdarından asılı olaraq endirim vermək mümkündür.

Mercury ERP diskont kartları, o cümlədən yığım kartları ilə də işi dəstəkləyir. Diskont kartı da “Pərakəndə” menyusunda yerləşir.

Bütövlükdə qəbzə, eləcə də qəbzdəki ayrı-ayrı mövqelərə endirim etmək mümkündür. Bonus ballarının toplanması və onlarla ödəniş edilməsi də nəzərdə tutulur.

Alkoqolun kassada satışı. VDAMS

 

1.07. 2016-cı il tarixdən alkoqol satan bütün mağazalar VDAMS sistemini tətbiq etməlidir. Mahiyyət bundadır ki, alkoqol məhsulunun satışı zamanı aksiz markası skan edilir. Alıcıya QR kodlu xüsusi çek verilir. Daha sonra alkoqol satışı haqqında məlumatlar VDAMS-in mərkəzi serverinə daxil olur.

Ərzaq mağazaları şəbəkəsinin avtomatlaşdırılması.

 

Mağazalar şəbəkəsinin avtomatlaşdırılması zamanı bir neçə başlıca məqamı nəzərə almaq lazımdır.

Birincisi, bütün mağazalar vahid verilənlər bazası ilə iş aparmalıdırlar. Bu, onların fəaliyyətinə, qiymətin əmələ gəlməsinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirmək üçün lazımdır.

Ikincisi, mağaza rabitə ilə problemlər yarandıqda işini dayandırmamalıdır. Kassalar həmişə işlək olmalıdır, əks halda Siz hasilatı itirəcəksiniz. Yeri gəlmişkən, ticarətin avtomatlaşdırılması üçün müxtəlif bulud həllərinin əsas problemi bundadır. Ticarət obyektlərinin bəzilərində sürətli İnternetə qoşulma imkanı yoxdur. Ehtiyat kanallarını saxlamaq da baha başa gəlir.

Üçüncüsü, super- və hipermarketlərin biznes proseslərini xeyli sadələşdirən çoxlu sayda ticarət avadanlığı var. Onların arasında aşağıdakıları qeyd etmək olar: Verilənləri toplama terminalları (mədaxil, təftiş, qiymət etiketlərinə nəzarət və s. üçün), çapı olan ticarət tərəziləri (o cümlədən sensor ekranlı özünəxidmət tərəzisi), fiskal qeydiyyatçıları, ştrix kod skanerləri, qiymət yoxlayanlar, bank terminalları.

Mercury-də ilk iki məqam proqramı iki hissəyə bölməklə həll olunmuşdur. Birində (Mercury ERP) anbar əməliyyatları aparılır, qiymət etiketləri çap olunur, mallar sifariş edilir və s. Bu proqram yalnız İnternetiniz olduqda işləyəcək (4G modem münasib olar). Digər proqram (Mercury POS) kassa terminallarına quraşdırılır. Onun işləməsi üçün İnternet tələb olunmur. Sadəcə o, sutkada bir dəfə (və ya tələbə görə) server ilə sinxronlaşdırılır, yeni qiymətlər alır və satışları serverə göndərir.

Həm də Mercury siyahısı daim yenilənən ən müxtəlif ticarət avadanlığı ilə işləməyi dəstəkləyir.

Təftişin keçirilməsi

Qismən təftiş

Alkoqol satışı qaydaları

Ət mağazasında uçot

Ərzaq mağazasının avtomatlaşdırılması. Ərzaq mağazaları şəbəkələri. Kassa proqramı

Sensorlu kassa

X və Z hesabatlar. Kassirin işinə nəzarət. Pərakəndə ticarətdə VDAMS. Təlimatlar

VDAMS-da mədaxillər. Alkoqol mədaxillərinin təsdiqi. VDAMS-da qalıqlar

Mercury ERP. Ticarətin avtomatlaşdırılması