Mercury ERP

Tekstil

Tekstil

Mercury-ERP yüngül sənayenin ayrı-ayrı sahələrində, xüsusən də tekstil sənayesində uğurla tətbiq olunur. Proqram təminatı vasitəsi ilə tekstil sənayesində müasir və əlverişli biznes həlləri mümkündür. Bu özünü onun proqram təminatının çoxssaylı alətlərində biruzə verir. Proqram təminatı qənaətcillik kimi vacib xüsusiyyətə də malikdir. Mercury-ERP vasitəsi ilə hər bir sex üçün ayrı-ayrılıqda istehsal həcmindəki, resursların səmərəliliyindəki və xammala olan ehtiyacdakı dəyişiklikləri müşahidə etmək mümkündür. Maya dəyərinə təsir edən çoxsaylı amilləri nəzarətdə saxlaya bilmək imkanı istehsal prosesini sahibkar üçün asanlaşdırır. Odur ki, Mercury-ERP tikiş sexlərində, toxuculuq müəssisələrində, müxtəlif trikotaj sahələrində resurslara qənaət etmək və düzgün satış qurmaq imkanları yaradır. Tekstil məhsullarının satışına nəzarət proqram təminatı hesabına daha da asanlaşır.

Tekstil modulunun üstünlükləri

Mercury-ERP-nin təqdim etdiyi tekstil modulu həm iri müəssisələrin, həm də kiçik və orta sahibkarların işinə yarayır. Proqram təminatı tekstil sənayesindəki istehsal və tekstil məhsullarının satışını sahibkar üçün çox uğurlu edir. Mercury-ERP tekstil sektoru üçün aşağıdakı imkanlar ortaya qoyur:

• İstehsala düzgün nəzarət

• Satışın optimal idarə edilməsi

• Geyim mağazasının qurulması

• Tekstil müəssisəsində resurslara qənaət

1 Step 1
keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right
FormCraft - WordPress form builder